AZ

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

Anar

Bakı, 25 aprel, AZƏRTAC

“Bu gün kifayət qədər hüquqşünas var ki, vəkil olmaq istəyir. Artıq ölkədə vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir. Bir çox sahələrdə fəaliyyətdə göstərən təcrübəli, savadlı hüquqşünaslar vəkilliyə üz tutur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, Azərbaycan vəkillərinin fəaliyyəti üçün bütün şərait mövcuddur: “Ölkəmizdə vəkillərimizin hüquqları qanunvericilikdə geniş təsbit olunub. Hər kəsin keyfiyyətli hüquqi yardım almaq kimi konstitusion hüququ var. Bu hüququn realizə edilməsində Azərbaycan vəkilləri üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu gün regionlarda vəkillərin sayı artmaqdadır. Eyni zamanda, Naxçıvanda da vəkillərin sayında müsbət dinamika müşahidə olunur. Ölkədə vəkillərin sayının artması qarşımızda dayanan ən birinci vəzifədir. Ancaq ən savadlı, ən təcrübəli və hazırlıqlı hüquqşünaslar Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunur. Məlumat üçün qeyd edim ki, Kollegiyaya müraciət edən 10 namizəddən yalnız 3-ü vəkil statusu əldə edir. Çünki keçirilən imtahanlar çox mürəkkəbdir. Ancaq buna baxmayaraq namizədlərin sayı kifayət qədərdir”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
Mənbələr
Şərh ()
Bağla