AZ

“Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib - Foto

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq aprelin 25-də Bakı Dövlət Universitetində Azərbaycan İstiqlal Muzeyinin dəstəyi ilə “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib...Poliqon xəbər verir ki, narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğatın aparılması və sağlam həyat tərzinin qorunub saxlanılmasıdır.Tədbiri fakültənin dekan müavini Etibar Əhmədov açıq elan etdi, fakültənindekanı Ziyatxan Əliyev gənclərə narkomaniya ilə mübarizə yolunda öztövsiyyələrini verdi. Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Ramida Mamedova çıxış edərək, İstiqlal Muzeyində narkomaniya ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi və bu mövzuya göstərilən diqqət haqqında söz açdı. Daha sonra çıxış üçün söz Bakixanov İnklüziv Təhsil mərkəzinin rəhbəri , psixoloq Ayşən Səmədovaya verildi.Psixoloq ölkədə narkotiklərin qanunsuz dövriyyəsindən, narkomaniyaya qarşıcəmiyyətin bütün üzvlərinin mübarizəsindən və maarifləndirmə tədbirlərininmütəmadi olaraq təşkilindən danışdı.Tədbir zamanı psixoloq tərəfindən tələbələr üçün proektiv metodika keçirildi.Sonda BDU-in mexaniki-riyaziyyat fakültəsinin THK-in sədri Murad Muradovfakültə adından tədbirdə iştirak edənlərə minnətdarlığını bildirdi.FotolarPoliqon.info

Seçilən
61
36
Mənbələr
Şərh ()
Bağla