AZ

Xavi "Barselona"nın baş məşqçisi olaraq qalacaq - Laporta təsdiqlədi

İspaniyalı mütəxəssis Xavi "Barselona" futbol klubunun baş məşqçi postunu tərk etmək qərarını dəyişib və növbəti mövsümdə də vəzifəsini icra etməyə davam edəcək.














Ucnoqta.az xəbər verir ki, bu barədə "Barselona"nın prezidenti Joan Laporta mətbuat konfransında bildirib.






"Xavinin komandanın əsas məşqçisi olaraq qalacağını və idarə heyətinin yekdilliklə onun qərarını dəstəklədiyini elan etməkdən məmnunuq" - Laporta deyib.






 "O, bu layihəni davam etdirdiyinə görə sevincini ifadə etdi. Biz çox xoşbəxtik, bu, "Barselona" üçün əla xəbərdir. Sabitlik - uğurun açarı, Xavi əsl Barselona oyunçusudur, biz bu hissi bölüşürük, Barselona yeddinci cənnətdədir" -klub prezidenti vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla