AZ

HƏMAS silahı yerə qoyur: Cəmisi bir şərti var

İslamçı HƏMAS qruplaşması Fələstin dövlətçiliyi tanınarsa, silahı yerə qoyacaq.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, bunu “Associated Press” (AP) agentliyinə müsahibəsində hərəkatın Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya deyib.

“HƏMAS-ın yüksək səviyyəli siyasi rəsmisi deyib ki, silahlı qrup İsraillə beş il və ya daha çox müddətə atəşkəsə razılaşmağa hazırdır və 1967-ci ildən əvvəlki sərhədlər daxilində müstəqil Fələstin Dövləti yaradılarsa, silahı yerə qoyub siyasi partiyaya çevriləcək”, – materialda qeyd edilib.

Əl-Həyya onu da əlavə edib ki, HƏMAS məğlub olarsa, Təl-Əvivlə döyüşəcək yeni qruplar yarana bilər.

Bundan əvvəl Fələstin Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə demişdi ki, HƏMAS Rusiyanı Qəzzanın təhlükəsizliyinin təminatçısı kimi görmək istəyir. O vurğulayıb ki, qrup hər zaman qarant ölkələr tələbini irəli sürür, lakin İsrail davamlı olaraq buna qarşı çıxır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
Mənbələr
Şərh ()
Bağla