AZ

Kilian Mbappe şəxsi rekorduna imza atdı

Fransa Liqa-1-in 29-cu turunun Loryanla səfər oyunu (1:4) PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Mbappe bu oyunda dübarə fərqlənib və bir mövsüm ərzində vurduğu qolların sayı üzrə şəxsi rekordunu müəyyənləşdirib.

Beləliklə, Mbappenin cari mövsümdə bütün varışlarda vurduğu qolların sayı 43-dür və fransalı ulduz hücumçu növbəti oyunlarda şəxsi rekordunu yeniləyə bilər.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 303 oyun, 253 qol, 108 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla