AZ

“Musa üçün çox çətindir” - Tomas Laqerlöf

“Görünür ki, Musa üçün çox çətindir”.

Offsideplus.az xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Laqerlöf deyib.

O, Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının komandadakı durumuna aydınlıq gətirib:

“Bu, çox üzücü vəziyyətdir. Çünki ardıcıl iki oyundur heyətə də daxil edilmir. Məsələ ondadır ki, protokola cəmi 20 futbolçunun adı daxil edilir. Bu da komandada rəqabəti artırır. Biz seçim etməli oluruq”.

Qeyd edək ki, 22 yaşlı hücumçunun adı “Sirius” (2:0) və AİK-ə (0:2) qarşı matçların protokoluna daxil edilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2

1Mənbələr

Şərh ()
Bağla