AZ

Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

 

Fins.az xəbər verir ki, 25 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2244024702 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,174.2855 (7.97%) manat və  98,327.4501 (7.29%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 24,100,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,302.6411 (7.4%) manat, orta ölçülmüş qiyməti isə 98,308.8433 (7.37%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 18.07.2024-cü ildir.

Seçilən
54
4
Mənbələr
Şərh ()
Bağla