AZ

MÜTDA Bakıda 3 məktəb direktorunu cəzalandırıb

Bakıda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbirləri görülüb. Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən bildirilib. 
 

"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində məktəb idarəetməsi, təlim-tərbiyə işinin təşkili, tədris-pedaqoji və təsərrüfat fəaliyyəti istiqamətində nöqsanlar aşkar olunub, MÜTDA-nın əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb", - məlumatda deyilir. 
 


www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
9
Mənbələr
Şərh ()
Bağla