AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər saxlanıldı

Türkiyə xüsusi xidmət orqanları tərəfindən İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, 10 şəxs Suriya ilə həmsərhəd Hatay vilayətində saxlanılıb.

“Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - nazir qeyd edib.

Havar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
8
Mənbələr
Şərh ()
Bağla