AZ

Avtomobil işıq dirəyinə çırpıldı - XƏSARƏT ALAN VAR

1988-ci il təvəllüdlü Ucar rayon sakini Feyzullayev Rüfət Ədalət oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Avtosfer.az xəbər verir ki, hadisə Ucarın Qazıqumlax kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal  Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.
 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
Mənbələr
Şərh ()
Bağla