AZ

Trampdan sensasion iddia: Bayden yəhudilərə nifrət edir, fələstinlilərə isə...

ABŞ prezidenti Co Bayden həm yəhudi xalqına, həm də fələstinlilərə nifrət edir.

Publika.az xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ-ın sabiq lideri Donald Tramp açıqlama verib.

“Co Bayden İsrailə və yəhudi xalqına nifrət edir. Problem ondadır ki, o, fələstinlilərə daha çox nifrət edir və sadəcə nə edəcəyini bilmir”, – Tramp özünün “Truth Social” səhifəsində yazıb.

Bir müddət əvvəl eks-prezident Bayden administrasiyasının öz siyasəti ilə dünyanı cəhənnəmə çevirdiyini və ölkəni qan gölünə sürüklədiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
4
Mənbələr
Şərh ()
Bağla