AZ

Macarıstan Azərbaycandan daha çox təbii qaz almağı planlaşdırır

Macarıstan və Azərbaycan 14 ildir strateji tərəfdaşdırlar, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir: “Bir zamanlar bizi Azərbaycanla münasibətlərimizə görə tənqid edənlər indi Azərbaycan Prezidenti ilə foto çəkdirmək növbəsinə durub”.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto Bakıda Hökumətlərarası Komissiyanın iclasında deyib.

Nazir Siyarto qeyd edib ki, ötən il Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi yüksək həddə çatıb, 120 milyon dolları ötüb: “Enerji sahəsində əməkdaşlığımız Macarıstanın təhlükəsizliyinə töhfə verir. Hazırkı vəziyyəti nəzərə alsaq, enerji sektorunda əməkdaşlığımız çox vacibdir”.

Nazir ötən il Azərbaycan qazının Macarıstana çatdığını xatırladıb və əlavə edib ki, ölkəsi Azərbaycandan daha çox həcmdə təbii qaz almağı planlaşdırır, belə ki, hər iki tərəf bunda maraqlıdır.

Macarıstanın Azərbaycanda investisiyası barədə danışan Peter Siyarto deyib ki, ölkəsinin ən böyük əczaçılıq şirkətlərindən biri Azərbaycanla əməkdaşlıq barədə sənəd imzalayıb və gələn ildən etibarən şirkət Azərbaycanda 19-a qədər növdə məhsullar istehsal edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
Mənbələr
Şərh ()
Bağla