AZ

Yeniyetmə tapança ilə məktəbdə olay yaratdı

Sankt-Peterburqun Kalininski rayonunda orta məktəb şagirdi məktəbə pnevmatik silah gətirib və divarlara atəş açmağa başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Hadisə Sankt-Peterburqun şimalındakı məktəblərin birində baş verib.  Belə ki, 14 yaşlı yeniyetmə məktəbə pnevmatik tapança gətirib. O, tənəffüs zamanı divara atəş açaraq əylənib.

Məlumata görə, hadisə yerinə hüquq-mühafizə qrupu cəlb olunub.

Şagirdə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlana bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3

1Mənbələr

Şərh ()
Bağla