AZ

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycan

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün finalçıları bəlli olub. “Qarabağ” 11-ci, “Zirə” 2-ci dəfə həlledici oyuna vəsiqə qazanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu bununla da turnirin rekordunu təkrarlayıb. Bunadək yalnız “Neftçi” 11 finalda oynayıb. “Qarabağ” əvvəlki 10 finalda 7 dəfə kuboku başı üzərinə qaldırıb. 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017 və 2021/2022-ci illər mövsümlərində turnirin qalibi olan Ağdam təmsilçisi üç dəfə (1995/1996, 1997/1998, 1999/2000) həlledici matçda büdrəyib.

“Zirə” hərəyə iki dəfə yarımfinalı adlayan klublara çatıb. Buna “Kür Nur”, “Şəmkir” və “Sumqayıt” nail olub.

Ümumilikdə isə tarix ərzində 18 komanda finalda iştirak edib: “Neftçi”, “Qarabağ” – 11, “İnter” (indiki “Şamaxı”) – 6, “Xəzər Lənkəran”, “Qəbələ” – 5, “Kəpəz” – 4, “Bakı” – 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt”, “Zirə” – 2, “İnşaatçı”, “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” (Lənkəran), “İnşaatçı” (Sabirabad) – 1 dəfə.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
15
Mənbələr
Şərh ()
Bağla