AZ

Azərbaycan Kubokunun yarımfinalında REKORD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ"la "Neftçi"nin görüşlərində (4:0, 4:1) doqquz, "Zirə"ylə "Qəbələ"nin matçlarında (2:1, 2:0) beş top qeydə alınıb.

Bu, turnirin tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/95 və 2008/09 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

"Qarabağ"la "Neftçi"nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin qeydə alındığı yarımfinaldır. 2021/22 mövsümündə "Qarabağ" "Qəbələ"ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
32
7
1

1Mənbələr

Şərh ()
Bağla