AZ

İker Munyain komandanı tərk edir

İspaniya təmsilçisi 31 yaşlı “Atletik Bilbao”nun yetirməsi İker Munyain komandadan gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, İker “Bilbao”da 15 mövsüm oynayıb. O, komanda ilə birlikdə İspaniya kuboku ilə yanaşı, 2 dəfə ölkə superkubokunu qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2009-cu ildən “Atletik”də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla