AZ

Sonuncu finalçı bəlli oldu

İtaliya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.



Komanda.az xəbər verir ki, sonuncu finalçının adına “Atalanta” – “Fiorentina” matçında aydınlıq gəlib.



Bu komandalar arasında Florensiyada baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəlmişdilər. Cavab qarşılaşmasında darmadağına sevinən “Atalanta” finala yüksəlib.



Daha öncə “Yuventus” “Latsio”nu mübarizədən kənarlaşdırmaqla finala yüksəlmişdi.



Beləliklə, mayın 15-də keçiriləcək finalda “Atalanta” “Yuventus”la qarşılaşacaq.



İtaliya KubokuYarımfinalın cavab oyunları23 aprel



Latsio – Yuventus 2:1Qollar: Kastelyanos 12; 49 – Milik, 83.İlk oyun – 0:2.



24 aprel



Atalanta – Fiorentina 4:1Qollar: Kopmeyners, 8. Skamakka, 75. Lukman, 90+4. Paşaliç, 90+8 – Kuarta, 68.İlk oyun – 0:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərİtaliya kuboku

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla