AZ

Oğuzda son 50 ilin ən güclü dolusu - Video

Oğuzun Xaçmaz kəndinə dolu düşüb.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, bu, son 50 ilin ən güclü dolusu olub.

“Dolunun biri yumurta boyda idi. Hara düşürdüsə, danqıltısı göyə çıxırdı. Dörd dənəsi bir ələ sığmırdı. Hər tərəf suyun içindədir. Bütün təsərrüfata - bağçılıq və bostançılığa ciddi ziyan dəydi”, - kənd sakini deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
7
Mənbələr
Şərh ()
Bağla