AZ

“Qarabağ” “Neftçi”ni məğlub edib,finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

Yarımfinalın cavab matçında "Qarabağ” "Neftçi”ni sınağa çəkib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1.
 
Qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub.
64-cü dəqiqədə Reziuan Mirzov "ağ-qaralar”ın təsəlli qoluna imza atıb.

İlk matçda rəqibini dörd cavabsız qolla üstələyən "Qarabağ” finala vəsiqə qazanıb.

Ölkə çempionu iyunun 2-də həlledici görüşdə "Zirə” ilə üz-üzə gələcək.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
8
Mənbələr
Şərh ()
Bağla