AZ

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əməkdar rəssam Məmməd Mustafayevin “Gizli və aşkar” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru Şirin Məlikova çıxış edərək sərgidə rəssamın həm 60-70-ci illərin eskizlərinin, həm də həyatının son onilliyində ərsəyə gətirdiyi əsərlərinin ilk dəfə nümayiş edildiyini deyib. O, bu ideyanı dəstəklədiyi üçün rəssamın oğlu İmad Mustafayevə və sərginin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib. Sərgidə rəssamın 30-dan çox əsərinin nümayiş olunduğu vurğulanıb.

Tədbirdə Xalq rəssamları Səlhab Məmmədov, Hüseyn Haqverdiyev, Bakı İncəsənət Məktəbinin rəhbəri Rafael Gülməmmədli çıxış ediblər.

Qeyd olunub ki, rəssam yaradıcılığında rəngkarlıq, qrafika, assamblyaj və installyasiya obyektlərinə müraciət edib.

Qrafika və rəngkarlığın qovuşduğu, kollaj və qarışıq texnika ilə yaradılan monoxrom abstrakt əsərlər, ağ və qara boyalarla işlənilmiş, vizual formaların maraqlı eksperimenti ilə maraq doğuran rəngkarlıq nümunələri tamaşaçını rəssamın özünəməxsus yaradıcı təfəkkürü ilə cəlb edir.

Sonda İmad Mustafayev çıxış edərək atasının yaradıcılığı haqqında fikirlərini ifadə edib, iştirakçılar və təşkilatçılara minnətdarlığını bildirib.

Sərgi oktyabrın 24-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10151
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8012
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
2771
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1652
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1564
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1545
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1508
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1007
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
708
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
606
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
539
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
516
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
377
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
353
Arda Gülər dayanmır, yenə fərqləndi -
331
Arda dubl etdi - VİDEO
298
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
282
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
243
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
236