AZ

İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi -

İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi.Metbuat.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.Mütəxəssis qarşılaşmada ikinci yarının daha maraqlı alındığını bildirib: "Çoxlu qol vəziyyətləri oldu. Bu gün əvvəlki görüşlərdə özlərini göstərə bilməyən futbolçulara şans verdim".

Monteneqrodan olan baş məşqçi komandasının yaxşı müdafiə oluna bilmədiyini söyləyib: "Bu istiqamətdə işləyirik. Qarşıda beş oyun var. Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
2
metbuat.az

5Mənbələr

Şərh ()
Bağla