AZ

"Çempionatın sonunu gözləmək lazımdı"

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Neftçi” “Qarabağ”a 4:1 hesabı ilə məğlub olub.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bojoviçin mətbuat konfransı keçirilib. Sizi monteneqrolu mütəxəssisin fikirləri ilə tanış edirik:

"Birinci oyunun nəticəsi bizə və "Qarabağ"a təsir göstərmişdi. Birinci hissə maraqlı keçmədi. İkinci hissə daha yaxşı idi. Bizim də, "Qarabağ"ın da qol epizodları var idi. Bu oyunda əvvəlki özünü göstərmək imkanı olmayanlara şans verdik".


- Ağadaş Salyanski haqda fikriniz necədi?
- Biz onu əsas heyətə götürməyə cəhd edirik. Bu gün yaxşı oynadı, yaxşı ötürmələri var idi. Sevinirəm ki, "Neftçi"nin bu cür yetirməsi var və inanıram ki, faydalı olacaq.

- Rəqib oyunçular "Neftçi"nin asanlıqla cərimə meydançasına daxil olurlar. Müdafiədəki problemlər nə vaxt həll olunacaq?
- Bu tək müdafiəçilərlə bağlı məsələ deyil. Bütün komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq. "Zirə" ilə görüşdəki nəticə də mənim üçün sürpriz oldu. Çünki meydanda çoxluq idik, amma uduzduq. Çempionatda 5 oyunumuz var. İstədiyimiz yeri tutmaq üçün əlimizdən gələni edəcəyik.

- Siz yeni təyin olunanda sosial şəbəkələrdə azarkeşlərə deyirdim ki, yaxşı baş məşqçisiz və vəziyyəti düzəldəcəksiz. Hər gün soruşurlar ki, necə olacaq? Mənim yerimdə olsanız, onlara hansı cavabı verərdiz?
- Çempionatın sonunu gözləmək lazımdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla