AZ

Ukraynada baş verənlərə görə məsuliyyət onlarındır

Tarix: 24 Aprel 2024 22:18

Ukraynada baş verənlərə görə məsuliyyət təkcə hazırki Prezident Vladimir Zelenskinin deyil, həm də ölkənin əvvəlki liderlərinin üzərinə düşür.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, əvvəlki prezidentlər ölkəni soyub, xalqı yoxsulluğa sürükləyiblər, öz ciblərini isə doldurublar. O, əlavə edib ki, bir ölkəni çökdürmək çox səy tələb etmir:
"Xarici banklardakı hesabları xatırlamaq kifayətdir, hökmdarlar özləri ölkədən imtina edəcəklər. Çoxlu nümunələr var. Haitidən Filippinə qədər. Ukraynada isə bütün bunlar Zelenskinin dövründə yaradılmayıb. Və baş verənlərə görə günahkar təkcə o deyil".
O qeyd edib ki, Ukraynanın birinci prezidentindən tutmuş sonuncu prezidentinə qədər, onun gözləri qarşısında orada hər şey parçalanıb və qarət edilib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla