AZ

Yamayka da Fələstini dövlət kimi tanıdı

Yamaykanın Xarici İşlər və Xarici Ticarət Nazirliyi Fələstin dövlətini tanıdığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Kamina Conson Smit açıqlama yayıb.

“Yamayka Nazirlər Kabineti iclas keçirərək Fələstini rəsmən dövlət olaraq tanımağa dair qərar qəbul edib”, – deyə nazir bildirib.

K.Smit deyib ki, ölkəsi uzun müddətdir davam edən İsrail və Fələstin münaqişəsinin həlli üçün yeganə əlverişli variant kimi “iki dövlət” prinsipinin reallaşmasını görür və onu müdafiə edir.

Xatırladaq ki, Fələstinin müstəqilliyini BMT-nin 193 üzvündən 138-i tanıyıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
4
Mənbələr
Şərh ()
Bağla