AZ

Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi

Sabah Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək.

Bizim.Media xəbər verir ki, bu gün keçiirlən püşkatma mərasimində cüdoçularımızın rəqibi bəlli olub. 

3 qat Avropa çempionu Hidayət Heydərov (73 kq) ilk mərhələdən azaddır. O, 1/16 finalda Kestutis Vitkaskas (Litva) - İndrit Kalhac (Albaniya) görüşünün qalibi ilə görüşəcək. 

Hidayətlə eyni çəkidə yarışan Rəşid Məmmədəliyev Darko Topaloviç (Bosniya və Herseqovina)/Coşua Qrin (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması çempionatda 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

Qadınlar

48 kq

Leyla Əliyeva - Tuqçe Beder (Türkiyə)

52 kq

Gültac Məmmədəliyeva - Sofiya Asvesta (Kipr)/Qabriela Dimitrova (Bolqarıstan) görüşünün qalibi

Aydan Vəliyeva - Qefen Primo (İsrail)

57 kq

Acelya Toprak - Karla Tavarez Fernandez (Lüksemburq)

Kişilər

60 kq Balabəy Ağayev - Marton Andrasi (Macarıstan)/Anqelo Pantano (İtaliya) görüşünün qalibi

Turan Bayramov - Vaçe Adamyan (Avstriya)

66 kq

Yaşar Nəcəfov - Lukas Saha (Finlandiya)/Muhammed Demirel (Türkiyə) görüşünün qalibi

73 kq

Hidayət Heydərov - Kestutis Vitkaskas (Litva)/İndrit Kalhac (Albaniya) görüşünün qalibi
Rəşid Məmmədəliyev - Darko Topaloviç (Bosniya və Herseqovina)/Coşua Qrin (İrlandiya) görüşünün qalibi

81 kq

Zelim Tçkayev - Nace Herkoviç (Sloveniya)/Maksim Triqub (İrlandiya) görüşünün qalibi

90 kq

Murad Fətiyev - Yamal Petqrave (Böyük Britaniya)

Elcan Hacıyev - Kornelyus Eylertsen (Norveç)/Yosip Buliç (Xorvatiya) görüşünün qalibi

100 kq

Zelim Kotsoyev - Adnan Xankan (BCF Qaçqınlar Komandası)

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla