AZ

Elçin Usub UEC-ə üzv seçildi

Bu gün Avropa Klublar İttifqanın (Union of European Clubs, UEC) onlayn formatda illik ümumi yığıncağı keçirilib.

Futbolpress.az xəbər verir ki, bir sıra məsələlər müzakirə edildikdən sonra UEC ilk İdarə heyətini seçib.

İdarə heyətində UEC-ə üzv olan ilk Azərbaycan klubu “Şamaxı”nın idarə heyətinin sədri Elçin Usub da yer alıb.
İdarə heyətində “Şamaxı” ilə yanaşı “Osasuna” (İspaniya), “Börnli” (İngiltərə), “Makkabi” (Netanya, İsrail) kimi klubların rəsmiləri də yer alıb.

Avropa futbolunda  kiçik və orta peşəkar futbol klublarının maraqlarının təmsilçisi olan UEC-in əsas məqsədlərindən biri mövcud resursların, xüsusilə, maliyyə resurslarının daha ədalətli bölünməsini təmin etməkdir.

Qurum hazırda UEFA-nın 25 üzv assosiasiyasının 141 klubunu birləşdirir.

Üzvlər arasında “La Liga” və Böyük Britaniyanın bir çox klublarını birləşdirən “Fair Game” təşkilatı da yer alır.
İdarə Heyətinə seçilən Elçin Usub bu təyinatla bağlı öz fikirlərini də bildirib:

“Avropa Klublar İttifaqının əsas məqsədləri və ideyaları Azərbaycan üçün də aktualdır və burada görüləsi işlər çoxdur. UEC-in İdarə heyətinin üzvü kimi ölkəmizdə də bu  məqsədlər uğrunda sözümüzü daha da inamlı demək üçün bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Fürsətdən istifadə edib vaxtilə mənə etimad göstərib, Azərbaycan futbolunu bu təşkilatın ilk tədbirlərinin birində təmsil etməyə səlahiyyətləndirən bütün 1-ci liqa klublarına və PFL-ə təşəkkür edirəm”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
futbolpress.az

6Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh