AZ

Rusiya ilə Ukrayna arasında uşaqlarla bağlı danışıqlar aparıldı

Rusiya ilə Ukrayna arasında uşaqlarla bağlı danışıqlar aparılıb.Bu barədə Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova mətbuat konfransında açıqlama verib.Onun sözlərinə görə, Qətərin paytaxtı Dohada uşaqların ailələrinə qovuşması ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar baş tutub.“Danışıqlar nəticəsində Ukraynada ailəsinə qovuşması lazım olan 29, Rusiyada isə ailəsinə qovuşması lazım olan 19 uşağın siyahıları müəyyən edilib”, - o bildirib.Qətər tərəfinin bu siyahıları qeydə aldığını deyən Lvova-Belova, il ərzində Qətərin vasitəçiliyi ilə ümumilikdə 33 uşağın ailələrinə qovuşduğunu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
azadmedia.az

10Mənbələr

Şərh ()
Bağla