AZ

Bakıda binalarda yeni oğurluq üsulu - ANBAAN VİDEO 

Bakıda cinayətkarlar binalardan oğurluğun yeni üsulunu tapıblar.

Bizim.Media xəbər verir ki, bu barədə lent.az-a Xətai rayon, Əhmədli qəsəbə sakinləri məlumat veriblər.

Sakinlər binanın təhlükəsizlik kameralarına düşən görüntüləri təqdim ediblər.

Görüntülərdən məlum olur ki, binaya oğurluğa girən iki yeniyetmə təhlükəsizlik kamerasını görüb, geri qayıdıblar, liftlə yuxarı mərtəbəyə qalxıblar, oradan pilləkənlə kamera olan mərtəbəyə düşüblər. 
Daha sonra onlar kameranın altında yerləşən elektrik qutusuna yaxınlaşıb, işığı söndürüblər ki, kameraya düşməyib, oğurluqlarını rahat həyata keçirə bilsinlər. 

Lakin görüntülərdən də aydın olur ki, oğrular məqsədlərinə çatmayıblar, belə ki, işığı söndürmək üçün elektrik qutusuna yaxınlaşarkən simaları kameraya düşür. 

Sakinlər qeyd edirlər ki, bu taktika ilə 1 ay əvvəl binadan velosiped və skuter oğurlanıb. 
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
11
Mənbələr
Şərh ()
Bağla