AZ

"Fikirləşmir ki, qızı ömür boyu bədbəxt olacaq" - Novella Cəfəroğlu

Xəbər verdiyimiz kimi, Bərdənin Uğurbəyli kəndində 45 yaşlı kişi 23 yaşlı qızı bir neçə nəfərin köməyi ilə zorla qaçırıb. Qaçırılan qızın valideynləri bildiriblər ki, onlar bu izdivaca razı deyillər. Bu gün isə qız hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.



Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafəçisi Novella Cəfəroğlu Bakupost.az -a açıqlamasında bir çox qızların qaçırdılaraq bədbəxt edildiyini bildirib.

O, bu cür düşüncələrdən xilas olmağımızın vacibliyini vurğulayıb:

“Burda valideynlərin razı olub-olmamasından asılı olmayaraq, sözsüz ki, həmin şəxs həbs edilib cəzalandırılmalıdır. Bəzən bu cür hadisələr zamanı valideynlər düşünür ki, artıq qızı biabır oldu, ona görə məcbur qalıb evlənmələrinə razılaşırlar. Amma mən hesab edirəm ki, məcburən qız qaçıran şəxslərə mütləq cəza verilməlidir. Bu cür hadisələr başqalarına da belə bir addım atmağa yol açır. Yəni bu zorakılığı ortadan qaldırılmaqdan ötrü şəxs həbs edilməlidir. Biz də bu məsələni nəzarətə götürərik və valideynlərə köməklik edərik".

Hüquq müdafiəçisi qeyd edib ki, rəhbərlik etdiyi təşkilata 16- 17 qızların qaçırılmasıyla bağlı şikayət ərizələri daxil olur:

"Valideynlər deyirlər ki, qızımı qaçırıblar, geri qaytarsam, biabır olacağıq. Amma fikirləşmir ki, qızı artıq bir ömür boyu bədbəxt olur. Ona görə bu cür düşüncələrdən qurtulmaq lazımdır. Bu gün sənin, sabah da başqasının qızını bədbəxt edəcəklər. Qız qaçırmaq məsələsinə son qoymaqdan ötrü həmin şəxslər çox ciddi cəzalandırılmalıdır”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
bakupost.az

1Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh