AZ

Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi

Cari ilin 19-24 aprel tarixlərində Milli Məclisinin üzvü, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev AFR XİN, Bundestaq və ATƏT PA-nın birgə təşkilatçılığı ilə Berlində keçirilmiş “Lansvayler Seminarı”nda iştirak etmək üçün Almaniyaya səfər edib.

Səfər çərçivəsində Bundestaq deputatları ilə keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və Almaniya arasında əməkdaşlığın parlament ölçüsü, Azərbaycan ilə Ermənistan arasında post-münaqişə vəziyyəti və sülh prosesi, enerji keçidi, regional nəqliyyat layihələri, qlobal iqlim fəaliyyəti və bağlantılar kimi aktual mövzular üzrə müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla