AZ

Bir il əvvəl yoxa çıxan modelin meyiti TAPILDI

Taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin aprelindən axtarılan Kaykanın cəsədi ayağındakı döymə sayəsində tanınıb.Modellik karyerasını bitirdikdən sonra ailəsinə maddi dəstək vermək üçün Taylanda köçən və restoranda işə başlayan Kaikan Kaennakam 1 il əvvəl yoxa çıxıb. Ailəsi aylarla onu axtarıb. Onlar Bəhreyndəki Tailand icmasına müraciət edərək kömək istəyiblər.Lakin aprelin 18-də Tailand səfirliyi Kaikanın ailəsinə Salmaniya Tibb Kompleksinin morqunda qadın meyitinin tapılması barədə məlumat verib.Ailə üzvləri modelin ayağındakı döymə sayəsində cəsədini tanıya bilib./milli.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
Mənbələr
Şərh ()
Bağla