AZ

Heydər Əliyev Mərkəzində Qırğızıstan sənət nümunələrinin sərgisi açılıb - FOTO - YENİLƏNİB

Azərbaycan mədəniyyət naziri Adil Kərimli və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov Heydər Əliyev Mərkəzində təşkil olunan Qırğızıstanın seçilmiş sənət nümunələrinin sərgisini ziyarət ediblər.

APA-nın xəbərinə görə, nazirlərə sərgidə nümayiş olunan mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, analoji tədbirlərin təşkili ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişafına misilsiz töhfələr verməklə yanaşı, Qırğız xalqının qədim tarixi-mədəni ənənələrinin Azərbaycan xalqına tanıdılmasında misilsiz rol oynayacaq.

Qeyd edək ki, sözü gedən sərgi Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günləri çərçivəsində keçirilir.

***

18:25

Qırğızıstan mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Mərkəzində bu ölkənin seçilmiş sənət nümunələrinin sərgisi açılıb.

APA-nın xəbərinə görə, sərgidə Qırğızıstanın mədəniyyəti, mətbəxi, milli geyim və tarixini əks etdirən sənət nümunələri təqdim edilib.

Modelyer-rəssam Dilbər Aşimbayevanın müəllifi olduğu geyim nümunələri təqdim olunub. Ziyarətçilərə təqdim olunan geyimlərin dizaynında təkcə qırğız xalqının deyil, bütövlükdə Türk dünyasının mədəniyyətini və tarixini özündə ehtiva edən elementlər yer alıb.

Sərgidə iştirakçılar Qırğızıstanın ən qədim və zəngin sənət nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edib, Qırğızıstanın xalq çalğı alətlərindən ibarət ansamblın müşayiəti ilə xalq musiqilərini dinləmək imkanı əldə ediblər.

Heydər Heydər Heydər Heydər Heydər Heydər Heydər Heydər Heydər Heydər Heydər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
Mənbələr
Şərh ()
Bağla