AZ

“Səbail” legionerinə görə şikayət edəcək?

30-cu turun “Kəpəz”lə oyununda hakimi təhqir edən “Səbail”in legioneri Adi Mehremiçin cəzalandığını xəbər vermişdik.

Belə ki, 31 yaşlı bosniyalı müdafiəçi heç-heçə (3:3) bitən görüşün 90+3-cü dəqiqəsində qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi onu ikisi şərti olmaqla 4 oyunluq diskvalifikasiya edib. Mehremiç artıq “Araz-Naxçıvan”la oyunu buraxıb. Bəs qərarla razılaşmayan futbolçu və ya klubu AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət edəcəkmi? “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov:

“Xeyr, apellyasiya şikayəti verilməyəcək. Verilən qərar qüvvədə qalır”.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla