AZ

Almaniyadan terrorla mübarizədə daha çox dəstək gözləyirik - Ərdoğan

"Biz indi müdafiə sənayesindəki məhdudiyyətləri tamamilə gündəmimizdən çıxarmaq istəyirik".

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Ümid edirəm ki, bundan sonra maneələrdən yox, birgə istehsaldan danışacağıq. Terrorla mübarizədə Almaniya rəsmilərindən daha çox dəstək və həmrəylik gözlədiyimizi ifadə etdik", - deyə o bildirib.

 

Qeyd edək ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyədə səfərdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla