AZ

Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb (FOTO)

Bakı. Trend:

“Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildəən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100reytinqini açıqlayıb.

Trend xəbər verir ki, Bakı reytinq sıralamasında 3-cü yerdəqərarlaşıb.

Nəşrin məlumatına görə, Azərbaycana birbaşa xarici investisiyayatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ciildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Qeyd olunur ki, birneçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıyatəkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyondollar sərmayə yatırılacağına dair saziş imzalanıb.

Qeyd edək ki, ötən il Bakıda iqtisadiyyat naziri MikayılCabbarov və Macarıstanın xarici işlər və ticarət naziri PeterSiyartonun iştirakı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəfəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) vəMacarıstanın “Hell Group” şirkəti arasında Birgə İştirak Müqaviləsiimzalanıb.

Sənədə əsasən, Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavoduntikintisi nəzərdə tutulur. İstehsal olunacaq məhsullar daxilitələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixracediləcək. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılmasıplanlaşdırılır. Layihənin investisiya dəyəri 211 milyondollardır.

Azərbaycanın əlverişli biznes və investisiya mühiti bir çoxxarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çoxsahələrində önəmli layihələr icra olunur, yeni iş yerləriyaradılır.

2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə“Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalımüəssisəsinin açılışı olub. 100% Çin kapitallı müəssisəyə 50 milyonABŞ dolları məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni işyeri yaradılıb.

Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha birlayihə Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited”şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikliavtobusların istehsalı layihəsidir. Layihәdә AİŞ payçı kimi iştirakedәcәk. BYD şirkәti tәrәfindәn layihəyə ilkin olaraq 34 mln. ABŞdolları, daha sonra isə əlavə dəyər yaradan investisiyalayihələrinin icrasına 60 milyon ABŞ dolları mәblәğindәinvestisiyanın yatırılması nəzərdə tutulur. Layihə çərçivəsində 800yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindәnelektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrininlokallaşdırılması nәzәrdә tutulub.

Həmçinin AİŞ və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayive Ticaret A.Ş” şirkəti arasında imzalanmış Birgə İştirakMüqaviləsinə uyğun olaraq 2023-cü ildə Pirallahı Sənaye Parkında“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərmanvasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. Layihənininvestisiya dəyəri 35 milyon dollardır. Bundan başqa, İsrailin“BioPharmax” şirkəti ilə Ələt Azad İqtisadi Zonasında layihə dəyəri45 milyon avro olan əczaçılıq müəssisənin tikintisi həyatakeçirilir.

Sahibkarlara önəmli güzəştlər və stimullar təqdim edən Ələt Azadİqtisadi Zonasında sənaye avadanlıqlarının, tikinti materiallarınınistehsalı, aviasiya, gəmiçilik, neft-kimya və digər istiqamətlərüzrə layihələrin icrası nəzərdə tutulur.

Həmçinin AİŞ-in iştirakı ilə Türkiyənin “Demirören” şirkəti iləregionlarımızda kiçik su elektrik stansiyalarının bərpası vəistismarı layihəsi üzrə 15 milyon ABŞ dolları, İsrail şirkəti ilədamazlıq yumurta istehsalı layihəsi üzrə 20 milyon manatinvestisiya yatırılması nəzərdə tutulur.

Bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəltərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu iləiçməli su istehsalı pilot layihəsinin həyata keçirilməsi ilə bağlıişlər davam etdirilir.

“Financial Times”ın “FDI Intelligence” nəşrinin reytinqcədvəlində ilk yeri Almaniyanın Manheyim şəhəri, ikinci yerdə isəRumıniyanın Krayova şəhəri yer alıb. Hesabatda bildirilir ki,2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollardəyərində birbaşa xarici investisiyaların qoyulması barədə razılığagəlinib ki, bu da əvvəlki illə müqayisədə 4% çoxdur.

Böyük Britaniyanın dünyaca məşhur “Financial Times” nəşrinəməxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrəqlobal və regional bazarların və korporativ investisiya mühitinindərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin “FDI 100” metodologiyasıbirbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişafedən 100 regionun öyrənilməsinə əsaslanır. Reytinq özəl kapitalbazarları üzrə məlumatların qiymətləndirilməsi və elan edilmişinvestisiya layihələrinin sayını, kapital qoyuluşunun və birbaşaxarici investisiyaların artım tempini, habelə investisiyalarhesabına yaradılacaq yeni iş yerlərinin sayını nəzərə alır.

Bakı
Bakı
Bakı
Bakı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
7
Mənbələr
Şərh ()
Bağla