AZ

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Sofiya, 24 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söylədiyi fikirlər Bolqarıstan mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın “business.dir.bg”, “fokus news.bg”, BNA milli xəbər agentliyi və digər qabaqcıl media resursları bununla bağlı materiallar dərc ediblər.

Prezident İlham Əliyevin çıxışına istinadla yayılan materiallarda Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərildiyi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətdiyi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələr aparmaq üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağı barədə fikirlər yer alıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq