AZ

Ukrayna deputatları Vardanyanın Nobel mükafatına namizəd göstərilməsindən qəzəbləndi - Kiyevə ekstradisiyasını istədilər

Ukrayna Ali Radasının 18 deputatı Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinə etiraz edib.

Musavat.com Minval.az-a istinadən xəbər verir ki, deputatların müraciətində deyilir ki, Ruben Vardanyan “Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirir və dəstəkləyir”.

Ukraynalı deputatlar həmçinin göstərirlər ki, “2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Ruben Vardanyana qarşı şəxsi sanksiyaların tətbiqinə çağırıb” və hələ 2019-cu ildə Avropa Parlamentinin 22 üzvü Vardanyana qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edib.

6628cc369c0406628cc369c041171394.jpg

Ukrayna qanunvericiləri xatırladırlar ki, bir sıra beynəlxalq media, o cümlədən “Politico”, “Townhall”, “The Washington Times”, “The Hill”, “Al-Jazeera” Vardanyanı “Kreml adamı” kimi təqdim edir. Maraqlıdır ki, Vardanyanın Nobel mükafatına namizədliyi barədə ilk məlumatı Rusiyanın RBC agentliyi yayıb. RBC-nin daxil olduğu media holdinq Avropa İttifaqı və Böyük Britaniyanın da şəxsi sanksiyaları altında olan rusiyalı oliqarx Qriqori Berezkinə məxsusdur.

Ukrayna Ali Radasının deputatlarının vurğuladığı kimi, “biz terrorizmi və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, Rusiyanın postsovet ərazilərində təcavüzünün sponsoru olan bu adamın Sülh Mükafatına namizədliyinin irəli sürülməsini qəbuledilməz və absurd hesab edirik. O, Ukraynanın düşmənidir. Biz Nobel Komitəsini Vardanyanın əlaltılarının müraciətini rədd etməyə çağırırıq, çünki cinayətləri sübut olunmuş şəxsin Sülh işinə xidməti mümkün deyil. O, dərhal Ukraynanın və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23525
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13028
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9911
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5652
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5499
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4516
Rəisi öldü, Pakistanda matəm elan edildi
4061
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3689
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3636
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3416
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3334
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3028
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2732
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2623
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2621
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2503