AZ

"Optimus" robotunun satış tarixi AÇIQLANIB

"Tesla" Korporasiyasının baş direktoru İlon Mask şirkətin ilk robotunun satışa çıxarılma vaxtını açıqlayıb. Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Electrek” məlumat yayıb.Məlumata görə, "Optimus" robotu 2025-ci ilin sonunda müştərilərə təqdim edilməlidir. İnsanabənzər robotun istehsalına 2024-cü ilin sonunda başlanacağı gözlənilir. "Optimus" ilk növbədə Texasdakı "Tesla" zavodlarında olacaq."Tesla" rəhbəri onu da vurğulayıb ki, robotun sınaq nümunələri artıq laboratoriyada müəyyən tapşırıqları yerinə yetirməyə qadirdir. Mask əmindir ki, maşın dərhal fayda gətirməyə və real fabriklərdə real vəzifələri yerinə yetirməyə başlayacaq.İlon Mask robotun dəyərini açıqlamayıb.Mina Mikayılova

Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla