AZ

“Yaşıl iqtisadiyyat dayanıqlı inkişafın modeli kimi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 24-də Bakı Biznes Universitetində Ümummilli Lider HeydərƏliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıliqtisadiyyat dayanıqlı inkişafın modeli kimi” mövzusunda Beynəlxalqelmi-praktiki konfrans keçirilib.

Konfransda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri TahirRzayev, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdirmüavini Faiq Hüseynov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısınınmüavini Təravət Muradova, Yeni Azərbaycan Partiyası Yasamal rayontəşkilatının sədri Bəxtiyar Nəbiyev, ölkəmizin beynəlxalq aləmdətanınmış və böyük nüfuza malik olan akademiki Ziyad Səmədzadə,Azərbaycan Respublikasının Energetika və Xarici İşlərnazirliklərinin məsul şəxsləri, Elm və Təhsil Nazirliyininİqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, SOCAR-ın“Neftqazelmitədqiqatlayihə” İnstitutunun şöbə müdiri ÇingizMəmmədov, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarTədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə vərespublikamızın 20-dən çox ali məktəblərinin prorektorları,Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun layihələr üzrədirektoru, İsveçin Kral Texnologiya Universitetinin professoru,Litavının Mikolo Romeri Universitetinin, Polşanın KatovitsaUniversitetinin, Moldova İqtisad Elmləri Akademiyasının vəYunanıstanın Hellenik Universitetinin professorları iştirakediblər.

Beynəlxalq elmi-praktik konfrans başlanmazdan əvvəl müasirmüstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər ƏliyevinBBU-dakı büstü ziyarət edilərək önünə tər çiçək dəstələriqoyulub.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru,iqtisad elmləri doktoru, professor İbad Abbasov qonaqlarısalamlayıb və onların konfransda iştiraklarından məmnun olduğunubildirib. Rektor qeyd edib ki, konfransın mövzusu günümüzün ənaktual məsələlərindən birinə həsr edilib. Belə ki, yaşadığımızyaşıl planetin qloballaşma prosesində üzləşdiyi ekolojiproblemlərinin həlli yollarının tapılması və bu istiqamətdə mövcudbeynəlxalq təcrübələrin bölüşülməsi mühüm əhəmiyyət kəsb edir.Həmçinin qlobal miqyasda bu məsələ ilə bağlı beynəlxalqtəşkilatların, o cümlədən BMT və Dünya İqtisadiyyat Forumununmüvafiq proqramlar və təşəbbüslərlə çıxış etdiyini sözlərinə əlavəedib.

Rektor xüsusilə vurğulayıb ki, ölkəmizdə də bu məsələ dövlətbaşçısının və hökumətin daim diqqət mərkəzindədir. Belə ki,Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası:2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələnöhdəliklərlə Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ciil tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müvafiqbəndləri üst-üstə düşür.

Bildirilib ki, 1 mart 2021-ci il tarixində BMT və AzərbaycanHökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrəƏməkdaşlığa dair Çərçivə Sənədi imzalanmışdır. Bu sənəddə nəzərdətutulan 4 əsas prioritetdən biri də məhz “Ətraf mühitin mühafizəsivə iqlim dəyişikliyi ilə mübarizə”dir. Bu istiqamətdə atılanolduqca mühüm və dünyamiqyaslı addımlardan biri də BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının 11 dekabr 2023-cü ildəBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən plenariclasında Tərəflər Konfransının növbəti 29-cu sessiyasının(COP29-un) 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarının qəbuledilməsidir.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinindeputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik ZiyadSəmədzadə ölkəmizin energetika potensialı, onun yaşıl enerjihesabına möhkəmləndirilməsi istiqamətlərindən söhbət açıb. MilliMəclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışndaaqrar sahədə yaşıl iqtisadiyyatın inkişaf perspektivlərinin mühüməhəmiyyətindən danışıb.

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru,İqtisad elmləri doktoru, professor Nazim Müzəffərli iqtisadiyyatınsəbatlığı, dayanıqlığı və davamlılığının iqtisadi inkişafdakı mühümrolundan bəhs edib. Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarTədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə ölkəmizdəaqrar sahə üzrə yaşıl inkişaf mexanizmlərinin formalaşdırılmasıməsələlərindən danışıb.

SOCAR-ın «Neftqazelmitədqiqatlayihə” İnstitutunun şöbə müdiriÇingiz Məmmədov isə öz çıxışında davamlı inkişafın əsası kimi yaşıliqtisadiyyatın mühüm istiqamətlərini qeyd edib.

Konfransda iştirak edən xarici ölkə universitetlərininnümayəndələri – İsveçin Kral Texnologiya Universitetindən ViktorKordas, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondundan KristoferTerrase, Polşanın Katovitse İqtisad Universitetindən PaulinaRutecka, Moldova İqtisad Elmləri Akademiyasından Tatiana Qutium,Litvanın Mikolas Romeris Universitetindən dosent Nomeda Qudelienevə Yunanıstanın Beynəlxalq Hellenik Universitetindən professorTomas Tomidis davamlı inkişafda yaşıl texnologiyalar, yaşıluniversitet və yaşıl enerji məsələlərindən bəhs ediblər.

Plenar iclasdan sonra konfransın işi bölmələrdə davametdirilib.

“Yaşıl
“Yaşıl
“Yaşıl
“Yaşıl
“Yaşıl
“Yaşıl
“Yaşıl
“Yaşıl
“Yaşıl
“Yaşıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
2
Mənbələr
Şərh ()
Bağla