AZ

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

Türkiyə

İstanbul, 24 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyən Xarici İşlər Nazirliyi (XİN) bəzi radikal qüvvələri məmnun etmək məqsədilə 1915-ci ildə baş vermiş hadisələrin təhrif edilməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə XİN bu kimi qərəzli yanaşmaları rədd etdiyini bildirib.

Bəyanatda deyilir ki, tarixi faktların təhrif olunması həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə predmeti olduğunu açıq şəkildə qeyd edib.

“Tarixlə bağlı bu qərəzli bəyanatlar iki icma arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meylli radikal qrupları təşviq edir”, - deyə XİN vurğulayıb.

Türkiyə XİN bütün tərəfləri Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
11
Mənbələr
Şərh ()
Bağla