AZ

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

Bakı, 24 aprel, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan AYİB nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir müavini S. Məmmədov ölkədə rəqəmsallaşma və nəqliyyatın şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, digər məsələlər üzrə görülmüş işlər və mövcud layihələr, gələcək planlarından bəhs edərək bu sahələrin inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edib.

Vryenios Drakinos bankın 2024-2029-cu illəri əhatə edən Azərbaycan üzrə prioritetlərin və məqsədlərin əks olunduğu Yeni Ölkə Strategiyasının ilkin layihəsi barədə məlumat verib. O, AYİB-in ölkəmizlə rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığının vacibliyini vurğulayıb.

Görüş çərçivəsində, həmçinin nəqliyyat sahəsində özəl sektor və dövlət müəssisələrinin idarəçiliyinə daha çox dəstək göstərməklə iqtisadi diversifikasiyanın təşviq edilməsi, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi və regional əlaqəliliyin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
Mənbələr
Şərh ()
Bağla