AZ

2026-cı ilədək Laçına 5 mindən çox sakin qayıdacaq

Azərbaycan hökuməti 2026-cı ilədək Laçına 5 mindən çox sakini qaytarmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum çərçivəsində konfransda deyib.

"2026-cı ilin sonunadək Laçına 5 mindən çox insanın repatriasiyasını planlaşdırırıq. 2035-ci ilədək Laçın əhalisi bütünlükdə təqribən 12000-13000 nəfər olacaq", - o deyib.

M.Məmmədov həmçinin qeyd edib ki, xüsusən rayonun Azərbaycanın 10 ən böyük rayonları syiahısına daxil olduğunu nəzərə alsaq, Laçında mina problemi sakinlər və biznesin aparılması üçün ciddi maneə təşkil edir.

"Bugünədək Laçın şəhərinə 2 minə yaxın sakin qayıdıb. Burada 500-dən çox yeni ev və 150-dən çox yeni yaşayış kompleksi inşa olunub", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 24-də Laçında 30 ölkədənn 64 nüfuzlu ekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum çərçivəsində konfrans öz işinə başlayıb.

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi konfransda akademiklər, keçmiş səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri dayanıqlı inkişaf və "yaşıl" enerji sahəsində təcrübələrini bölüşüblər.

Aprelin 23-də onlar ADA Universitetində "COP29 və Azərbaycana Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
5
milli.az

6Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh