AZ

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər üç şəhər, beş qəsəbə və 29 kəndin salınması planlaşdırılır

Zəngilan, Cəbrayıl və Qubadlıda 2026-cı ilədək üç şəhər, beş qəsəbə və 24 kəndin salınması planlaşdırılır.

İnterpress.az xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

“Bu təşəbbüslər müasir şəhərsalma prinsiplərinə əsaslanır və əlbəttə ki, dayanıqlı inkişafa, inklüzivliyə və təhlükəsizliyə üstünlük verir. Lakin onu da qeyd etməliyik ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) hədəfləri çərçivəsində biz 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır” emissiya zonası yaratmağı öhdəmizə götürürük. Biz Zəngilanın su enerji ehtiyatlarından istifadə edərək təmiz enerji mənbələrini inkişaf etdiririk”, – deyə o bildirib.

V.Hacıyev qeyd edib ki, Zəngilanda artıq ümumi gücü təxminən 42 meqavat olan dörd su elektrik stansiyası artıq istismar olunur.

Onun sözlərinə görə, Cəbrayılda bərpa olunan enerji mənbələri sahəsində də böyük layihələr həyata keçirilir:

“240 MVt gücündə günəş elektrik stansiyaları bp-nin Cəbrayılda həyata keçirməyi planlaşdırdığı böyük layihədir. Növbəti layihə “Nobel Energy” şirkətinin olacaq. Şirkət burada tərəfdaşlarla birlikdə 100 MVt gücündə günəş stansiyası tikəcək. Bu, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasına mühüm töhfə verir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16844
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11712
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5329
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5249
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3689
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3229
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3200
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2999
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2805
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2735
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2486
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2370
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2255
Hidayət Heydərov dünya çempionu oldu
2023
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1882