AZ

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.

 

Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu da məlumat yayıb.

 

Qeyd olunub ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qurumdan bildirilib ki, hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
28
Mənbələr
Şərh ()
Bağla