AZ

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC-dən 525.az-a bildirilib ki, rektor Ədalət Muradovla görüşdə professor Alptekin Yasiminə universitetin tədris prosesi, elektron universitet modeli, diferensial əməkhaqqı sistemi (DƏHS), imtahanların keçirilməsi və tələbə biliyinin qiymətləndirilməsi, beynəlxalq əlaqələr və sahələr barədə məlumat verilib.

Türkiyəli qonaqlar UNEC-in DƏHS-ni, tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı tətbiq olunan yeni yanaşmanı yüksək qiymətləndiriblər.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub, yeni doktorantura təhsili modelinin reallaşdırılmasına dair razılıq əldə edilib. Sonra iki universitetin rektorları əməkdaşlıq memorandumunu imzalayıblar.

Səfər çərçivəsində türkiyəli qonaqlar UNEC-in tələbə və məzunlarının xatirəsinə ucaldılmış Şəhidlər Kompleksini də ziyarət ediblər.

Sevinc Qarayeva 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
Mənbələr
Şərh ()
Bağla