AZ

La Liqa klubunda vida: 15 mövsümdən sonra

“Atletik”in futbolçusu İker Muniain gələcək karyerası ilə bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi İspaniya klubunu tərk edəcək.

Futbolçu mövsümün sonunda La Liqa təmsilçisi ilə vidalaşacaq. Bilbao klubunda ümumilikdə 19 il keçirən İker əsas komandada 15 mövsüm çıxış edib.

Qeyd edək ki, Muniain “Atletik”də indiyədək 557 matç keçirib və 75 qol vurub.

İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla