AZ

Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO

Tarix: 24 Aprel 2024 13:28

Bakının tam mərkəzində, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin tinində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.
Nəsimi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin kəsişməsində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılması faktı aşkarlanıb. Müraciətdən dərhal sonra işlər RİH-in əməkdaşları tərəfindən dayandırılıb və konstruksiyanın sökülməsi təmin olunub.



Fotoları təqdim edirik:
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
3
Mənbələr
Şərh ()
Bağla