AZ

Rusiyada müdafiə nazirinin müavini həbs edilib

Moskvanın Basmannı məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan Rusiya müdafiə nazirinin müavini Timur İvanovu həbs edib. Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat verib. “Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur Vadimoviç İvanov barəsində ibtidai istintaq orqanlarının vəsatəti təmin edilib, iki ay müddətində, yəni 23 iyun 2024-cü il tarixinədək onun barəsində həbs qətimkan tədbiri seçilib”, - deyə mətbuat xidməti bildirib. Məhkəmə aktında qeyd edildiyi kimi, İvanov hərbi idarənin ehtiyacları üçün podrat və subpodrat işləri apararkən mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Məhkəmə həmçinin İvanovdan rüşvət almaqda şərik olmaqda ittiham olunan Sergey Borodini də həbs edib. “Müdafiə Nazirliyinin obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edən Rusiya Federasiyasının müdafiə nazirinin müavini İvanovla dostluq münasibətlərində olan Borodin üçüncü şəxslərlə cinayət əlaqəsinə girmiş, onlarla qabaqcadan əlbir olub mütəşəkkil cinayətkar dəstə - Müdafiə Nazirliyinin ehtiyacları üçün podrat və subpodrat işləri apararkən əmlak xidmətlərinin göstərilməsi şəklində xüsusilə külli miqdarda rüşvət aldığı müəyyən edilib”, - deyə mesajda qeyd edilir. Qadir, Bizimyol.info

Seçilən
121
10
Mənbələr
Şərh ()
Bağla