AZ

Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi

style='margin-bottom:10px;'>

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşib.

QOL.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Məhəmməd Muradlı və Vüqar Rəsulov arasında baş tutan klassik görüşdə heç-heçə qeydə alınıb.

Hərəyə 1 qələbə qazanan şahmatçılar finala vəsiqə uğrunda tay-brekdə mübarizəni davam etdiriblər.

Əsasnaməyə görə, bu halda 2 rapid oyun və əgər bərabərlik pozulmazsa, 2 blits partiya və nəhayət, sonda armageddon ilə qalib müəyyən olunur. Tay-brekdə ilk qarşılaşmada qara fiqurlarla oynayan Məhəmməd Muradlı qələbə qazanıb. Növbəti görüşdə Vüqar Rəsulov hesabı bərabərləşdirməyə nail olub. Blitsdə ilk qələbəni bu dəfə Vüqar Rəsulov əldə edib, daha sonra qara fiqurlarla oynayan Məhəmməd Muradlı məğlubiyyətin əvəzini çıxıb - 3:3.

Üçüncü oyunda qalib gələn Məhəmməd Muradlı finala adlayıb - 4:3.

Qeyd edək ki, bu gün başlayacaq finalda Aydın Süleymanlı və Məhəmməd Muradlı yarışacaq. 3-cü yer uğrunda görüşdə Vüqar Rəsulov ilə Xəzər Babazadə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
10
Mənbələr
Şərh ()
Bağla