AZ

Bakıda bir neçə şadlıq sarayı cərimələndi - RƏSMİ

Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Onlardan biri Xətai rayonu Lütfizadə küçəsində fəaliyyət göstərən "Kremlin Hall" şadlıq sarayıdır. Faktla bağlı "Kremlin Hall" şadlıq sarayının rəhbəri Elçin Qubadov barəsində qanunamüvafiq tədbir görülüb və filtrlərin dəyişdirilməsi üçün ona məcburi göstəriş verilib.

Son 10 gün ərzində keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Neptun", "Meridian Park", "Leyla Palace", "Kaman House", "İmperial", "Gold Baku", "Qala Qapısı", "Köhnə Ciyərxana", "Fontan", "Cənnət Gəncə" ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində akt, protokol tərtib olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
23
Mənbələr
Şərh ()
Bağla